İnsanların ildə neçə dəfə qan verə biləcəyi açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə canlı yayımda Səhiyyə Nazirliyi Respublika Qan Bankının Donorun ilkin müayinəsi şöbəsinin müdiri Günel Əliyeva danışıb.
Onun sözlərinə görə, kişilər hər 3 aydan bir 4 dəfə, qadınlar isə ildə 3 dəfə qan verə bilərlər.
"Ümumiyyətlə, qan götürərkən mütləq həmin insanın sağlamlıq göstəriciləri araşdırılmalıdır. Bəzi xəstəliklər var ki, həmin xəstəliklər zamanı donor olmaq olmaz", - deyə Günel Əliyeva qeyd edib.
Mina Mikayılova