• Bakı 22° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Azərbaycanda qanunsuz dini təbliğatla məşğul olan əcnəbilər ölkədən çıxarıldı
HADİSƏ
04 Iyun 2025 | 17:19

Azərbaycanda qanunsuz dini təbliğatla məşğul olan əcnəbilər ölkədən çıxarıldı

Qanunsuz dini təbliğat fəaliyyətini təşkil edən əcnəbilər barədə hüquqi tədbirlər görülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidməti birgə məlumat yayıb.

Xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ərazisində qanunvericiliyin tələblərini pozaraq dini təbliğat işi aparmaları ilə bağlı daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin birgə həyata keçirdikləri tədbirlər nəticəsində başqa dövlətin ərazisində yerləşən dini mərkəzin üzvləri olan əcnəbilər - 1968-ci il təvəllüdlü Şeyx Məhəmməd Hənif (Shaikh Muhammad Hanif), 1981-ci il təvəllüdlü Kərim Bux (Kareem Bux) və 1968-ci il təvəllüdlü Çanna Tac Məhəmmədin (Channa Taj Muhammad) Azərbaycanda qeyri-ənənəvi dini cərəyana aid ideyaların təbliği istiqamətində fəaliyyət göstərmələri, qanunsuz qapalı dini yığıncaqlar və dini ayinlərin icrasını təşkil etmələri təsbit olunmuşdur.

Toplanmış materiallar əsasında, adları qeyd olunan xarici ölkə vətəndaşlarının “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd fəaliyyət göstərmələri müəyyənləşdirilərək onların bu əməllərinin qarşısı alınmış və həmin şəxslər AR Miqrasiya Məcəlləsinin 79.1.2 maddəsinə əsasən ölkə hüdudlarından kənara çıxarılmışlar.


SON XƏBƏRLƏR

05 Iyun 2025