• Bakı 26° C

    8.81 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

“Qarabağ”dan 7 TRANSFER - Qurban Qurbanovdan MÜHÜM ADDIM!
İDMAN
03 Iyun 2025 | 13:33

“Qarabağ”dan 7 TRANSFER - Qurban Qurbanovdan MÜHÜM ADDIM!

"Qarabağ"da klub rəhbərliyi ilə Qurban Qurbanov arasında görüş keçirilib.

Bakıvaxtı.az Sportinfo.az-a istinadən xəbər verir ki, burada mövsümün yekunları və yay transfer planları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Baş məşqçi Çempionlar Liqasının startından bir qədər öncə komandada ciddi islahatlar aparmaq istəməsi barədə yönətimi məlumatlandırıb.

Təcrübəli mütəxəssis bir neçə futbolçunu düşərgədən göndərəcəyini bildirib. Onların əvəzində isə təqribən 7 yeni legionerlə heyəti gücləndirmək niyyətində olduğunu söyləyib.

Azərbaycanın ən yaxşı çalışdırıcısı qeyd edib ki, o, qapıçı mövqeyindən savayı, bütün zonalar üzrə yenilənməyə ehtiyac duyur.

Ağdam klubu sezonu bir titulla başa vurub. Premyer Liqada çempionluq əldə edən «köhlən atlar» ölkə kubokunun finalında "Sabah"a 2:3 hesabıyla uduzub.


SON XƏBƏRLƏR

04 Iyun 2025