• Bakı 22° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Maliyyə Nazirliyi depozit hərracından bu qədər gəliri əldə edəcək

İQTİSADİYYAT

04 Iyun 2025 | 16:45

Maliyyə Nazirliyi depozit hərracından bu qədər gəliri əldə edəcək

Bu ilin 11 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən ilk dəfə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi məqsədilə depozit hərracı keçirilib.

Bakıvaxtı.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, indiyədək bu məqsədlə 5 depozit hərracı təşkil olunub və ümumilikdə 3 milyard manat vəsait banklarda depozit kimi yerləşdirilib.

    Qeyd edək ki, həmin 5 depozit hərracında banklara yerləşdirilən vəsaitdən Maliyyə Nazirliyi ümumilikdə 29.3 milyon manat məbləğində faiz gəliri əldə edəcək.

    Əlavə edək ki, depozit hərraclarında orta çəkili faiz dərəcəsi 7.21%-dən, 6.42% səviyyəsində enib.


    SON XƏBƏRLƏR

    05 Iyun 2025