• Bakı 27° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Qarpız bu şəxslərə olmaz
CƏMİYYƏT
03 Avqust 2026 | 18:46

Qarpız bu şəxslərə olmaz

Qarpızın həddindən artıq qəbulu bəzi insanlar üçün sağlamlıq riski yarada bilər.

Bakıvaxtı.az xəbər verir ki, rusiyalı diyetoloq Olqa Yamilovanın sözlərinə görə, xüsusilə böyrək və şəkərli diabet xəstələri bu meyvəni ehtiyatla istehlak etməlidirlər.

Mütəxəssis bildirib ki, qarpızın güclü sidikqovucu təsiri böyrəklərə əlavə yük yarada, böyrək daşı olanlarda isə daşların hərəkətinə səbəb ola bilər. Bundan başqa, yüksək qlisemik indeksə malik olduğu üçün qanda şəkərin sürətlə yüksəlməsinə səbəb ola bilər.

Yamilova qeyd edib ki, diabet xəstələri qarpızı yalnız həkim məsləhəti ilə və qanda qlükoza səviyyəsini nəzarətdə saxlayaraq qəbul etməlidirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR