Qəbələ rayonunda avtomobil qəzası baş verib, ölən və xəsarət alanlar var.
Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qəbələ şəhəri ərazisində qeydə alınıb.
Belə ki “VAZ-2106” və “Hyundai” markalı avtomobillər toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, 51 yaşlı İlham Abdurazakov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Həmçinin, digər nəqliyyat vasitəsinin sürücüsü, 31 yaşlı Aqil Bəhlulzadə və “VAZ”-da olan sərnişinlər xəsarət alıblar.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.