Qəzza zolağında aclıq səbəbindən ölənlərin sayı 147-yə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda biri uşaq olmaqla daha 14 nəfər aclıqdan həyatını itirib.
Məlumata görə, ölənlərin 88-i uşaqdır. Qeyd edilib ki, İsrail yenə də humanitar yardımların bölgəyə daxil olmasına maneə yaradır.
Bundan əlavə, dünya ictimaiyyəti Qəzzadakı blokadanın soyqırıma çevrilmədən qarşısının alınmasına çağırılıb.
Əli Hüseynov