• Bakı 13° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Realın futbolçusu tezliklə dizindən əməliyyat oluna bilər
İDMAN
20 Aprel 2025 | 14:40

"Real"ın futbolçusu tezliklə dizindən əməliyyat oluna bilər

İspaniyanın "Real" klubunun futbolçusu Antonio Rüdiger tezliklə dizindən əməliyyat oluna bilər.

Bakıvaxtı.az "Relevo"ya istinadən xəbər verir ki, müdafiəçi bir neçə aydır sol dizindəki ağrılara baxmayaraq oyunlarda iştirak edir.

Son matçlardakı gərginliyə görə meniks nahiyəsində problem də aşkarlanıb.

Mümkün diz əməliyyatı ilə bağlı qərar mövsümün sonunda veriləcək. Rudiger qarşıdakı oyunlarda heyətdə qalmaq üçün gündəlik olaraq fizioterapevtlərlə işləyir.

Qeyd edək ki, 32 yaşlı oyunçu cari mövsüm "Real"ın heyətində 47 matça çıxıb və 3 qol vurub.


SON XƏBƏRLƏR

19 Aprel 2025