• Bakı 25° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Realın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL-in finalıdır
İDMAN
07 Iyul 2025 | 01:00

"Real"ın oyunçusu: "PSJ ilə yarımfinal əslində ÇL-in finalıdır"

"Real"ın müdafiəçisi Fran Qarsiya klublararası dünya çempionatının yarımfinalında PSJ-yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib. 

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o deyib: 

"PSJ ilə yarımfinal? Bu, əslində Çempionlar Liqasının finalıdır. Onlar yaxşı nəticələr əldə edir, amma biz də çox yaxşı inkişaf edirik. Komanda bir-birini anlayır, nə etməli olduğumuzu bilirik. Bu templə davam etməliyik ki, finala çıxa bilək"

Qeyd edək ki, sözügedən görüş iyulun 9-na təyin olunub.

"Real" 1/4 finalda Dortmund "Borussiya"sını 3:2 hesabı ilə məğlub edib. PSJ isə həmin mərhələdə "Bavariya"ya 2:0 hesabı ilə qalib gəlib.

Bu cütün qalibi finalda "Çelsi" – "Fluminense" matçının qalibi ilə üz-üzə gələcək. /Qol.az


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025