Rusiya 131 Avstraliya vətəndaşının ölkəyə girişinə qadağa qoyub.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, bu qərara səbəb Avstraliya hökumətinin bəzi Rusiya vətəndaşlarına qarşı siyasi səbəbləri əsas gətirərək sanksiya tətbiq etməsidir.
Rusiya XİN ölkəyə girişinə qadağa qoyulan şəxslərə hərbi rəsmilərin, şirkət rəhbərlərinin və jurnalistlərin daxil olduğunu bildirilib.
Sanksiyalar siyahısının yenilənməsi istiqamətində işlər davam etdiriləcək.
Gülşən Şərif