• Bakı 23° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Rusiyalı iş adamı İrəvanda həbs olundu - Ermənilər küçələrə axışdı
DÜNYA
18 Iyun 2025 | 23:54

Rusiyalı iş adamı İrəvanda həbs olundu - Ermənilər küçələrə axışdı

"Taşir" Şirkətlər Qrupunun rəhbəri, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyan Ermənistanda iki ay müddətinə həbs edilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vəkil Armen Feroyan məhkəmə binası qarşısında jurnalistlərə bildirib.

Biznesmen hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur.

Samvel Karapetyana qarşı cinayət işi onun iyunun 17-də açıq şəkildə Erməni Apostol Kilsəsinin müdafiəsi ilə bağlı çıxışından sonra açılıb.İş adamının bəyanatından sonra baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə sərt bəyanatlar yayıb və bir çoxları bunu iş adamına istinad kimi qiymətləndirib.

Karapetyanın həbsindən sonra ermənilər İrəvanda küçələrə axışaraq etiraz aksiyasına başlayıblar. 


SON XƏBƏRLƏR

18 Iyun 2025