• Bakı 27° C

    10.97 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR
SİYASƏT
02 Iyul 2025 | 14:06

Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

İyulun 2-də Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub.

Bakıvaxtı.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verdi.

Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçdi.

 


SON XƏBƏRLƏR

02 Iyul 2025