• Bakı 25° C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Şəmkirdə DƏHŞƏTLİ HADİSƏ: Dayı bacısı oğlunun meyitini tapdı
HADİSƏ
04 Oktyabr 2024 | 11:36

Şəmkirdə DƏHŞƏTLİ HADİSƏ: Dayı bacısı oğlunun meyitini tapdı

Şəmkir rayonunda intihar hadisəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, dünən səhər saatlarında Zəyəm qəsəbəsində 38 yaşlı Hüseyn Nağı oğlu Hüseynov yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, H.Hüseynovun ailəsində problemlər olub. Bu səbbədən onun psixoloji vəziyyəti yaxşı deyilmiş.

Məlumata görə, dünən səhər saatlarında H.Hüseynovun dayısı Q.Əliyev onun yaşadığı evə gəlib və yardımçı tikiliyə baxarkən bacısı oğlunun asılı halda olan meyitini görərək hüquq-mühafizə orqanlarına xəbər verib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

Kərim Abbaszadə


SON XƏBƏRLƏR

18 Iyun 2025