• Bakı 25° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Dünya çempionatı: Daha bir cüdoçumuz mübarizəyə başlayır
İDMAN
19 Iyun 2025 | 09:04

Dünya çempionatı: Daha bir cüdoçumuz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha bir cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, Uşanqi Kokauri (+100 kq) fərdi yarışın 1/32 finalında Serbiya təmsilçisi İqor Vraçarla üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Daha əvvəl cüdoçularımızdan Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.


SON XƏBƏRLƏR