• Bakı 21° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Sertifikatlaşdırılma ilə bağlı apellyasiya müraciətlərinə bu tarixdən start veriləcək
CƏMİYYƏT
18 Iyun 2025 | 20:03

Sertifikatlaşdırılma ilə bağlı apellyasiya müraciətlərinə bu tarixdən start veriləcək

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb. Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzində təşkil edilib. Test imtahanında 2019 nəfər müəllim iştirak edib, 95% davamiyyət qeydə alınıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 19 iyun saat 12:00-dan etibarən start veriləcək.

Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu 19 iyul saat 12-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Bununla yanaşı, təəssüflə bildiririk ki, bəzən ayrı-ayrı sosial media platformalarında təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı reallığı əks etdirməyən, cəmiyyət arasında çaşqınlıq yaratmağa yönəlmiş bəzi qeyri-dəqiq məlumatlar paylaşılır.

Bildirmək istərdik ki, bu kimi informasiyalar prosesin şəffaflığına və obyektivliyinə kölgə salmaq məqsədi daşıyır. Bütün ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə və təhsilverənlərin peşəkarlığının artırılması istiqamətində aparılan bu mühüm islahata dəstək olmağa çağırırıq.


SON XƏBƏRLƏR

18 Iyun 2025