Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta Şimali Makedoniyanın gələcəyinin Aİ-də olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Balkan ölkələrinə səfər edən Kosta Serbiya, Bosniya və Herseqovina, Monteneqro və Kosovodan sonra Şimali Makedoniyanın paytaxtı Skopyeyə gəlib.
Kosta Skopyedə Şimali Makedoniyanın Baş naziri Hristijan Mickoski ilə görüşüb və birgə mətbuat konfransı keçirib.
"İnanıram ki, genişlənmə hamımızın paylaşdığı ümumi məqsəd və hamımızın sülh, təhlükəsizlik və sabitliyə qoya biləcəyimiz ən yaxşı geostrateji sərmayədir", - Avropa Şurasının prezidenti bildirib.
Əli Hüseynov