• Bakı 15° C

    11.22 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

STEAM! Nə tez qocaldın sən? - Dos. İlham Əhmədov yazır
YAZARLAR
06 Fevral 2023 | 09:55

STEAM! Nə tez qocaldın sən? - Dos. İlham Əhmədov yazır

İlham Əhmədov

Çox vaxt biz dəbə, "pokazuxa”ya meyl edərək, proseslərdə ətraflı təhlil və araşdırma aparmadan, xarici təcrübəni kor koranə, tez- tələsik tətbiq edirik. Yeni trendlərin tətbiqində bir az təmkinli olmalıyıq. Xüsusən təhsil kimi ətalətli və əhatəli sahədə yenilikləri ehtiyatla tətbiq etməliyik. Biz təhsil sferasında "Hər parıldayan, hələ innovasiya deyil" prinsipi ilə hərəkət etməliyik.

İndi təhsildə elm tərkibi, elm yükü daha çox olmalı, təhsilin məzmunu, təşkili, idarəedilməsi tamamən elmə əsaslanmalıdır. Təəssüf ki, son 10 ildə milli təhsilimizdə elmin xüsusi çəkisi sürətlə azalır, təhsil tədqiqatlarının əhatə dairəsi daralır.

Ölkədə təhsil araşdırmaları ilə məşğul olan yeganə tədqiqat mərkəzi – Azərvaycan Respublikası Təhsil İnnstitutu (ARTİ) daha elmi tədqiqat institutu kimi yox, əsasən tədris mərkəzi kimi fəaliyyət göstərir. Son 10 ildə bu institut öz missiyasından çox yayınıb. Bu institutu 90 il əvvəl yaradanlar onun missiyasını elmi-metodik mərkəz kimi çox düz təyin etmişdilər, amma indi biliklər cəmiyyətində təhsilimizin elmi bazası daha yoxdur.

Elm və Təhsil Nazirliyinin son illər daha çox güvəndiyi nailiyyətlərdən biri STEAM təhsil layihəsidir. STEAM təhsili nədir? Bu təhsil modelinin üstünlükləri nədən ibarətdir?

STEAM - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. STEAM təhsilalanlarda tənqidi yanaşma, yaradıcı düşünmə, qazanılan biliklərin müqayisəli şəkildə anlaşılması, yaradıcı formada yeni layihələr əsasında biliyin möhkəmlənməsi, əməkdaşlıqetmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırır. STEAM fənləri ayrılıqda öyrətmək əvəzinə, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirir.

Bu yaxınlarda Bakıda STEAM Mərkəzinin yeni binasının açılışı oldu. Yəqin ki, bir neçə milyon manat bu müasir binanın tikintisinə və təchizatına pul qoyulub (konkret rəqəm yəqin dövlət sirridir, ETN mətbuatda belə məlumatları vermir). Olmazdımı, o məbləğin 10%-ni bu işin elmi- metodik təminatına sərf etsin, bu yeni təhsil sferası hər tərəfli öyrənilsin?

Rusiyada aparılan tədqiqatlar göstərir ki, STEM təhsil gözlənilən nəticələri vermir. Klassik təhsil daha səmərəlidir. Tədqiqatın nəticəsi bu yazıda qismən verilir.

Təhsl Nazirliyi elmdən və elmi proqnozlardan uzaq olduğu üçün innovasiyaları ölkəyə transfer edəndə çox vaxt lazımlısını kənar edib (necə ki, 25 il distant təhsili yaxın qoymurlar), lazımsızı başa keçirdirlər. Biz bu məqaləni 2 il əvvəl də FB-də paylaşmışdıq. Görünür,  TN buna əhəmiyyət verməyib. İndi bir daha təkrar paylaşırıq, bəlkə ETN fikir verə.

STEM təhsilinin heç bir faydası yoxdur?!

Texniki mütəxəssislərin daha çox maaş alması ilə bağlı ümumi mifə baxmayaraq, bəzi araşdırmalar bunun əksini göstərir.

STEM (Science, Technology, Engineering, Math) texnoloji və iqtisadi inkişafın mühərriki hesab olunur. İnkişaf etmiş ölkələrdə STEM mütəxəssislərinin çatışmazlığı texniki sahələrdə daha çox tələbə yetişdirmək üçün ali təhsil istiqamətinin dəyişdirilməsini zəruri etdi.

Hər il təxminən 300 min STEM mütəxəssisi Rusiyanın əmək bazarına daxil olur. Bu, hər dördüncü məzun deməkdir. STEM bacarıqlarına artan tələbat bu sahədə bərabərsizlik yaradır. Karyeralarının əvvəlində STEM mütəxəssisləri yüksək maaş aldığı halda, bu maaş çox keçmir ki, eyni sürətlə azalmağa başlayır.

STEM bacarıqları yaxşı əmək haqqı almağa imkan verir, lakin bu bacarıqlar tez köhnəlir. Texnoloji işçilər daha aktiv şəkildə əlavə kurslar keçməlidirlər. Araşdırmalar göstərir ki, bu baş vermir. STEM işçiləri, STEM olmayan işçilərdən və daha gənc mütəxəssislərdən getdikcə daha çox geri qalırlar. Qeyri-STEM ixtisasları ilə müqayisədə heç bir üstünlük yoxdur, texnoloji bacarıqların köhnəlməsi heç bir şəkildə kompensasiya edilmir və yenidən hazırlıq da kömək etmir.

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

01 May 2024