Vaşinqton administrasiyası Los-Anceles, Portlend və Çikaqo şəhərlərində asayişi qorumaq üçün Milli Qvardiyanın yerləşdirilməsini dayandıracaq.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
"Biz Milli Qvardiyanı Çikaqodan, Los-Ancelesdən və Portlenddən çıxarırıq, baxmayaraq ki, həmin şəhərlərdə bu vətənpərvərlərin olması sayəsində cinayətlərin sayı xeyli azalıb. Portlend, Los-Anceles və Çikaqo federal müdaxilə olmadan yox olardı. Cinayətkarlıq yenidən artmağa başlayanda, bəlkə də, tamamilə fərqli və daha həlledici formada qayıdacağıq.
Bu, yalnız bir zaman məsələsidir. Çox səriştəsiz olan Demokrat mer və qubernatorlarının, xüsusən də əldə etdiyimiz böyük irəliləyişi nəzərə alsaq, getməyimizi istəmələrinə inanmaq çətindir", - Amerika lideri qeyd edib.
Bakı 












