Türkiyənin 48 vilayətində qeyri-sabit hava şəraiti səbəbindən məktəblərdə tətil elan edilib.
Bakıvaxtı.az xəbər verir ki, bundan başqa, Osmaniye, Sakarya, Kocaeli və Konya vilayətlərinin bir sıra ərazilərində, həmçinin İstanbulun Şişli rayonunda da yanvarın 2-si qeyri-dərs günüdür.
Qeyd edək ki, bundan əvvəl Türkiyədə güclü qar yağışı ölkəboyu bir sıra çətinliklərə yol açıb. Diyarbakır, Kastamonu və s. vilayətlərdə qar uçqunu barədə xəbərdarlıq edilib. Artvin vilayətində isə 6 çoban qar uçqunu altında qalıb. Onlardan üçü xilas edilib, ikisinin isə meyiti tapılıb. Üçüncü çobanın axtarışları havanın pisləşməsi səbəbindən təxirə salınıb.
***
22:19
Türkiyənin Kastamonu, Diyarbəkir, Şanlıurfa, Mardin, Batman, Sirt və Şırnakın müəyyən əraziləri üçün uçqun xəbərdarlığı verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin 15-ci Regional Meteorologiya Müdirliyinin Diyarbəkir Regional Proqnoz və Xəbərdarlıq Mərkəzindən açıqlama verilib.
Bəyanatda qeyd olunub:
"Son qiymətləndirmələrə görə, Şanlıurfa və Mardin vilayətlərinin şimal və şərq hissələrində, Diyarbəkirin şimal hissəsində, Batman, Sirt və Şırnak vilayətlərində qar örtüyü olan dik və yamaclı ərazilərdə uçqun riski var. Buna görə də ehtiyatlı olunmalı və qabaqlayıcı tədbirlər görülməlidir".
Zeynəb Rzayeva
Bakı 












