Tokionun Tama Zooparkında 3 ilə 15 yaş arasında olan üç dişi şir istidən ölüb.
Bakıvaxtı.az "The Japan News"a istinadən xəbər verir ki, bu barədə Tokio Böyükşəhər Hökuməti və Tokio Zooloji Cəmiyyəti məlumat yayıb.
Məlumata görə, onların ölümünün səbəbinin istidən ölməsi ehtimal olunur.
Belə ki, 21 iyuldan başlayaraq Yaponiyanın bəzi ərazilərində 40 dərəcədən yuxarı temperatur qeydə alınıb.
Gülşən Şərif
Bakı 











