• Bakı 28° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Tramp Coca-Colanın tərkibini dəyişdirir: Görün nə əlavə etdirir
DÜNYA
18 Iyul 2025 | 00:15

Tramp "Coca-Cola"nın tərkibini dəyişdirir: Görün nə əlavə etdirir

Dünyada "Coca-Cola" pərəstişkarı kimi tanınan prezident Donald Tramp ABŞ-da satılan bu içkiyə əsl qamış şəkərinin qaytarılması ilə bağlı şirkətlə danışıqlar apardığını bildirib.

Bakıvaxtı.az xəbər verir k, Tramp bu barədə "Truth" sosial platformasında yazıb.

"Mən "Coca-Cola" ilə qamış şəkərindən istifadə etmək barədə danışdım və onlar razılaşdılar. Bu qərarı verən hər kəsə təşəkkür etmək istəyirəm. Bu, onlar tərəfində çox yaxşı addım olacaq - özünüz görəcəksiniz. Bu, sadəcə olaraq daha yaxşıdır!", - deyə Tram qeyd edib.

"Prezident Trampın "Coca-Cola" brendimizə olan həvəsini yüksək qiymətləndiririk. "Coca-Cola" seriyasındakı yeni innovativ məhsullar haqqında təfərrüatlar tezliklə açıqlanacaq", - deyə şirkət bildirib. (Publika.az)


SON XƏBƏRLƏR

17 Iyul 2025