ABŞ Prezidenti Donald Tramp "Wall Street Journal" qəzetinə verdiyi müsahibədə qanını durulaşdırmaq üçün hər gün çoxlu miqdarda aspirin qəbul etdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, siyasətçi ürəyindən qatı qan axmasını istəmədiyini, ona görə də qanını durulaşdırmaq üçün aspirin qəbul etdiyini söyləyib.
Ağ Ev rəhbəri əllərindəki mavi ləkələrin səbəbinin çox miqdarda aspirin qəbul etməsi ilə əlaqələndirib. Ləkələrə görə həkimlər onun dozasını azaltmağı məsləhət gördülər, lakin Tramp 25 ildir eyni rejimdə dərman qəbul etdiyini deyib.
Bakı 












