• Bakı 23° C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Türkiyədə ağır qəza: 10 nəfər yaralandı
DÜNYA
18 Iyun 2025 | 23:46

Türkiyədə ağır qəza: 10 nəfər yaralandı

Türkiyədə zəncirvari yol qəzasında bir neçə nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qaziantep şəhərində qeydə alınıb.

Minik avtomobili ilə fabrik işçilərini daşıyan iki mikroavtobusun toqquşması nəticəsində 10 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, polis əməkdaşları və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Məlumata görə, yol qəzasına minik avtomobilinin mikroavtobusların hərəkət xəttinə çıxması səbəb olub.

Qəza ilə bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

18 Iyun 2025