• Bakı 24° C

    13.18 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Türkiyədə gənə sancması səbəbilə ölənlərin sayı 10-a yüksəlib
DÜNYA
29 Iyun 2025 | 22:16

Türkiyədə gənə sancması səbəbilə ölənlərin sayı 10-a yüksəlib

Türkiyənin Sivas vilayətində gənə sancması səbəbilə daha bir nəfər dünyasını dəyişib.

Bakıvaxtı.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Krım-Konqo hemorragik qızdırması (KKKA) diaqnozu ilə müalicə alan 30 yaşlı kişi dünyasını dəyişib.

    Məlumata görə vilayətin Suşehri rayonun sakini 30 yaşlı Uğur Uymazı 4 gün əvvəl gənə sancıb.

    Bir müddət sonra xəstələnən Uymaz yaxınları tərəfindən xəstəxanasına aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq vəziyyəti pisləşən Uymazı xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, bununla da vilayətdə gənə sancması nəticəsində dünyasını dəyişən şəxslərin sayı 10-a yüksəlib.


    SON XƏBƏRLƏR

    29 Iyun 2025