• Bakı 28° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Türkiyədə yanğınların söndürülməsində iştirak edən heyətin sayı açıqlandı
DÜNYA
01 Iyul 2025 | 01:00

Türkiyədə yanğınların söndürülməsində iştirak edən heyətin sayı açıqlandı

Türkiyədə meşə yanğınlarının söndürülməsinə 150-yə yaxın təyyarə, 25 min nəfər və 6 minə yaxın yerüstü texnika cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Müxtəlif vilayətlərdə baş verən yanğınların bəziləri nəzarət altına alınıb. Doqquz yanğın davam edir və mübarizə aparılır. Biz 27 təyyarə, 105 helikopter və 14 pilotsuz uçuş aparatımızdan ibarət hava donanmamızla vəziyyətə reaksiya veririk. Həmçinin 6 minə yaxın su maşını, nəqliyyat vasitəsi və təcili tibbi yardım maşınlarımız da işləyir. İyunun 1-dən indiyədək Türkiyədə 1516 meşə yanğını baş verib, onlardan 1507-si nəzarət altına alınıb”. "Təyyarələrimiz və helikopterlərimiz ümumilikdə 10 260 uçuş həyata keçirib və 33,2 min ton su buraxıb. Yanğınlarla əlaqədar 31 şübhəli saxlanılıb, onlardan 10-u həbs edilib, 10-u məhkəmə nəzarəti altında sərbəst buraxılıb”, - prezident Ankarada Nazirlər Kabinetinin iclasından sonra deyib.


SON XƏBƏRLƏR

30 Iyun 2025