• Bakı 21° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Türkiyəli nazir: “Azərbaycan” məhəlləsi əsrin tikintisinin rəmzlərindən birinə çevriləcək
SİYASƏT
18 Iyun 2025 | 16:39

Türkiyəli nazir: “Azərbaycan” məhəlləsi əsrin tikintisinin rəmzlərindən birinə çevriləcək

"Azərbaycan” məhəlləsinin yerləşdiyi ərazidə təkcə Türkiyəyə yox, dünyaya nümunə ola biləcək bir əsər yüksəlir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum “Azərbaycan” məhəlləsindəki çıxışı zamanı bildirib.

    O deyib ki, 19 iyun tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçiriləcək bu məhəllə əsrin fəlakətindən sonra başlanan əsrin tikintisinin rəmzlərindən birinə çevriləcək:

    “Bu layihəni can qardaşımız Azərbaycanla birlikdə həyata keçiririk. Layihə özündə təkcə yaşayış binalarını deyil, park, bağça, yaşıllıq əraziləri və iş yerləri və sabah təməli qoyulacaq Mədəniyyət Mərkəzi ilə görənləri heyran qoyacaq. Artıq uşaqlar üçün nəzərdə tutulan və texnologiyanın son yenilikləri ilə təchiz edilən məktəbin inşası başa çatdırılıb və hətta dərslərə də başlanılıb. Sabah hər iki dövlət başçısı şagirdlərimizə yekun qiymətləndirmə vərəqələrini təqdim edəcək”.


    SON XƏBƏRLƏR