Ucarda yol qəzası olub, xəsarət alanlar var.
Bakıvaxtı.az-ın apa-ya istinadla xəbərinə görə, hadisə rayonun H. Əliyev prospektində baş verib. Göyçay rayon sakini Namiq Məmmədovun idarə etdiyi "VAZ- 21015" markalı maşınla Ucar rayon sakini Abduləli Sadıqovun idarə etdiyi "VAZ 2107" markalı maşın toqquşub.
Nəticədə Ucar sakinləri - Elşən Məmmədov, həyat yoldaşı Ayşən Məmmədova və sürücü N. Məmmədov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.