Vinnitsa regional ərazi çağırış mərkəzi Ukraynanın hərbi komissarlıqlarında bir neçə partlayış hadisəsindən sonra öz əsas ünvanında fəaliyyətini dayandırıb.
Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bununla bağlı Mərkəz bəyanat yayıb.
"Hörmətli vətəndaşlar! Ölkədəki gərgin vəziyyəti nəzərə alaraq, vətəndaşların həyat və sağlamlığını təmin etmək məqsədilə Vinnitsa Regional TTK Danilo Halitski küçəsi, 31 ünvanında fəaliyyətini dayandırır. 7 iyul 2025-ci il tarixindən etibarən vətəndaşların tibbi yardım məsələləri ilə bağlı qəbulu Vinnitsa Regional Kliniki Xəstəxanasında dərc edilmiş məlumat əsasında həyata keçiriləcək" - bəyanatda vurğulanıb.
Hərbi Komissarlıqdan əlavə edilib ki, sosial məsələlərlə bağlı vətəndaşların qəbulu inzibati xidmətlər mərkəzində aparılacaq.
Gülşən Şərif