• Bakı 24° C

    7 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Osimhenlə razılıq əldə edildi
İDMAN
07 Iyul 2025 | 21:41

Osimhenlə razılıq əldə edildi

"Qalatasaray" Viktor Osimhenlə razılığa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, "sarı-qırmızılar" nigeriyalı hücumçu ilə 3 illik müqavilə imzalayacaq. Hazırda tərəflər arasında sözləşmənin daha bir il artırılıb, artırılmamağı barədə danışıqlar gedir.

Bu barədə insayder Yağız Sabuncuoğlu və İtaliya mətbuatı məlumat yayıb.

"Qalatasaray" keçidi tamamlamaq üçün "Napoli" ilə müzakirələr aparır. Onların ilk təklifi 50+5 milyon avro olub. Neapol təmsilçisi bunu qəbul etməyib. Klublar arasında danışıqlar davam edəcək.

"Yuventus" da Osimhenin durumunu yaxından təqib edirdi. Lakin nigeriyalı onların təklifini qəbul etməyib.

"Əl-Hilal" ona illik 40 milyon avro məvacib və "Napoli"nin istədiyi 75 milyonu ödəməyə hazır idi. Lakin Osimhen Səudiyyə Ərəbistan transfer olmaq istəməyib.


SON XƏBƏRLƏR

07 Iyul 2025