ABŞ Prezidenti Donald Tramp Qazaxıstan, Malayziya, Cənubi Afrika Respublikası, Laos və Myanmadan gətirilən mallara dövlət rüsumunun məbləğini artırıb.
Bakıvaxtı.az xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı sözügedən ölkələrin rəhbərliklərinə rəsmi xəbərdarlıq məktubu ünvanlayıb.
Belə ki, Qazaxıstan və Malayziyadan gələn mallara rüsumlar 25 faiz, Cənubi Afrika Respublikasından 30 faiz, Laosla Myanmadan isə 40 faiz qaldırılıb.
Bildirilib ki, qərar avqustun 1-dən qüvvəyə minəcək.