• Bakı 28° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Təkcə Ukraynaya deyil, bütün ölkələrə tədarük dayandırılıb
DÜNYA
07 Iyul 2025 | 23:50

Təkcə Ukraynaya deyil, bütün ölkələrə tədarük dayandırılıb

Amerika silahlarının və hərbi texnikasının xarici ölkələrə tədarükünün yenidən nəzərdən keçirilməsi yalnız Ukraynanı deyil, bütün ölkə və regionları əhatə edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt bildirib.

"Bu, Pentaqonun standart nəzərdən keçirmə proseduru idi. ABŞ-ın bütün ölkə və regionlara göstərdiyi silahların, yardımın və dəstəyin yoxlanılması məqsədi daşıyır, təkcə Ukraynaya aid deyil.

Bu, Pentaqon tərəfindən ötürülən hər şeyin bizim silahlı qüvvələrimizin, hərbçilərimizin maraqlarına tam uyğun olduğuna əmin olmaq üçün həyata keçirilən müvəqqəti araşdırma fasiləsidir", – deyə o brifinqdə bildirib.


SON XƏBƏRLƏR

07 Iyul 2025