• Bakı 24° C

    7 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Fransada deputat intihar etdi

DÜNYA

07 Iyul 2025 | 22:29

Fransada deputat intihar etdi

Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) sağçı “Respublikaçılar” partiyasından olan deputatı Olivye Marleks öz seçki dairəsində - Anet kommunasında (Fransanın mərkəzindəki Eure-et-Luara departamenti) intihar edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Agence France-Presse" prokuror Frederik Şevalyeyə istinadən məlumat yayıb.

54 yaşlı millət vəkili bazar ertəsi axşam jandarm patrulu tərəfindən evində ölü tapılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Marleks parlamentə seçilməzdən əvvəl Nikolya Sarkozinin prezidentliyi dövründə (2007-2012) onun müşaviri olub.


SON XƏBƏRLƏR

07 Iyul 2025