• Bakı 25° C

    8.52 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Paraşütlə qayalığa çırpılaraq ölən Nuranənin FOTOLARI
HADİSƏ
08 Iyul 2025 | 00:48

Paraşütlə qayalığa çırpılaraq ölən Nuranənin FOTOLARI

Xəbər verdiyimiz kimi, iyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılan şəxs ölüb.

Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda yaşayan 1989-cu il təvəllüdlü Məcidova Nuranə Tofiq qızı dağın zirvəsindən paraşüt ilə uçan zaman küləyin istiqamətini düzgün tənzimləməyərək, idarəetməni itirdiyindən qayalıqlara çırpılaraq ölüb.

Faktla əlaqədar əməliyyat-istintaq qrupu və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Məcidova Nuranə Tofiq qızının cəsədi müayinə olunması üçün aidiyyəti üzrə Şabran Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Nuranənin fotolarını təqdim edirik: 


SON XƏBƏRLƏR

07 Iyul 2025