Azərbaycan II Liqasında 2025/2026 mövsümünün çempionu bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, çempionatın sonuncu – XXVII turunda çempionun adına aydınlıq gəlib.
Səfərdə “Şəmkir” komandası ilə qarşılaşan turnir cədvəlinin lideri “Xankəndi” minimal hesablı (1:0) qələbəyə sevinib. Vacib 3 xal sayəsində xallarının sayını 76-ya çatdıran Xankəndi təmsilçisi gələn mövsüm birbaşa I Liqada oynamaq hüququ qazanıb.
Mövsümü 71 xalla ikinci pillədə başa vuran “Qaradağ Lökbatan” isə növbəti mərhələ üçün pley-off şansını saxlayıb. Lökbatan kollektivi I Liqanı 9-cu yerdə bitirəcək komanda ilə üz-üzə gələcək. İki oyunun nəticəsinə görə qalib gələn tərəf gələn mövsüm I Liqada mübarizə aparacaq.
Bakı 












