• Bakı 28° C

    7.82 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Yer kürəsində yaxın 24 saat ərzində maqnit qasırğası baş verə bilər
DÜNYA
01 Avqust 2026 | 23:56

Yer kürəsində yaxın 24 saat ərzində maqnit qasırğası baş verə bilər

Yer kürəsində yaxın 24 saat ərzində maqnit qasırğasının baş vermə ehtimalı 75% təşkil edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın "Fobos" hava mərkəzi məlumat yayıb.

    Məlumata görə, Günəş küləyinin sürətinin saniyədə 600 kilometr və daha yuxarı həddə çatacağı proqnozlaşdırılır. Bu səbəbdən geomaqnit sahəsində zəif (G1) və ya orta (G2) səviyyəli maqnit qasırğası müşahidə oluna bilər.

    Bildirilib ki, buna iyulun 30-da Günəşdə baş vermiş tac kütləsi atılması səbəb ola bilər. Maqnit qasırğasının yaxın gecənin ikinci yarısında başlaması və 6–9 saat davam etməsi gözlənilir.

    "Fobos"un məlumatına əsasən, maqnit qasırğası səviyyəsinə çatmayan geomaqnit pozuntuları bazar gününün sonunadək və bazar ertəsinin birinci yarısında da davam edəcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    01 Avqust 2026