• Bakı 23° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Zurabişvili 5 gün əvvəl hökm oxunan aktivisti ƏFV ETDİ
DÜNYA
21 Sentyabr 2024 | 11:52

Zurabişvili 5 gün əvvəl hökm oxunan aktivisti ƏFV ETDİ

Gürcüstan prezidenti Salome Zurabişvili may ayında Tiflisdə xarici agentlər haqqında qanuna etirazlar zamanı iğtişaşlar törətməkdə təqsirli bilinən 34 yaşlı fəal Giorgi Şanidzeni əfv edib.

Bakıvaxtı.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Şanidze gecə həbsxanadan çıxıb.

Aktivist jurnalistlərə deyib ki, o, siyasi səbəblərə görə məhkum edilib.

Şanidze Gürcüstan parlamentinin yaxınlığındakı videokameranı zədələməkdə ittiham olunaraq saxlanılıb. Daha sonra ona başqa ittihamlar da irəli sürülüb. Sentyabrın 16-da məhkəmə Şanidzeni 4 il müddətinə azadlıqdan məhrum edib.

Fəal daha əvvəl Rusiyanın genişmiqyaslı işğalından qısa müddət sonra Ukraynaya könüllü kimi getməsi ilə tanınırdı. 2022-ci ilin yayında Qara dənizdə işğaldan azad edilmiş İlan adasında Ukrayna bayrağının qaldırılmasını dronla lentə alan o idi - bu, Rusiya-Ukrayna müharibəsinin əsas simvollarından biridir.

Şanidze Kiyev Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin “Ukraynaya fədakarlığa və məhəbbətə görə” medalı ilə təltif edilib.


SON XƏBƏRLƏR