• Bakı 27° C

    8.38 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Eşşək kənd sakininin qulağını qopardı

HADİSƏ

06 Iyun 2023 | 16:31

Eşşək kənd sakininin qulağını qopardı

Astara rayonunda ulaq (eşşək) kənd sakinini dişləyərək xəsarət yetirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonunun Pəlikeş kəndində baş verib.

Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Vəliyulla Talıb oğlu Əliabbasova qonşusunun ulağı hücum edib.

Yerə yıxılan kişinin qoluna xəsarət yetirən ulaq V.Əliabbasovun qulağını dişləyib.

Xəsarət alan kənd sakini Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Cərrahi əməliyyatla yaralının qulağı yerinə tikilib.

Yaralıya digər tibbi yardımlar göstərilib, tetanus əleyhinə zərdab və quduzluğa qarşı peyvənd vurulub.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025