• Bakı 25° C

    0.47 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Əvvəlcə çərçivə sülh sazişi imzalanmalı, prinsiplər müəyyənləşməli, sonra isə...

SİYASƏT

13 Mart 2024 | 09:59

Əvvəlcə çərçivə sülh sazişi imzalanmalı, prinsiplər müəyyənləşməli, sonra isə...

 "Tavuşda heç bir kəndin verilməsindən söhbət belə getməyib və ola da bilməz".

Bakıvaxtı.az xəbər verir ki. bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, Tavuş vilayətində heç bir kəndin təslim olması ilə bağlı heç vaxt müzakirə olmayıb və ola da bilməz. Onun sözlərinə görə, kəndlərin adları Azərbaycan mətbuatında açıqlananda Ermənistan ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da belə adlarda kəndlər olmayıb.

Baş nazir qeyd edib ki, Almatı Bəyannaməsi sərhədlərin və qarşılıqlı ərazi bütövlüyünün tanınması üçün əsas olub:

“Sovet İttifaqının dağılması zamanı de-yure mövcud olan sərhəd Almatı Bəyannaməsi ilə və təkcə bu bəyannamə ilə deyil, həm də 2022-ci il oktyabrın 6-da Praqada əldə edilmiş razılaşmalarla təsdiqləndi. Almatı Bəyannaməsi sərhədlərin və qarşılıqlı ərazi bütövlüyünün tanınması üçün əsas oldu. Ona görə də bu müqavilələrə görə, Sovet İttifaqı dövründə mövcud olan keçmiş inzibati sərhəd, bu inzibati sərhədin o tayında olan şərti olaraq Azərbaycandır, bu tərəfdə olan Ermənistandır. Delimitasiya prosesində biz çalışmalıyıq ki, bu sərhədi hansısa formatda təkrar edək. Biz de-yure reallıqdan çıxış etməliyik. Ermənistan olan Ermənistandır, Ermənistan olmayan Ermənistan deyil”.

Qeyd edək ki, bu, Paşinyanın növbəti təzadlı açıqlamasıdır. Belə ki, Nikol Paşinyan özü Azərbaycanın Ermənistanın işğalı altında olan 8 kəndinin “Ermənistanın 29,8 min kv.km ərazisinə” daxil olmadığını bildirmiş, bu kəndlərin Azərbaycana aidliyini açıq etiraf etmişdi. Eyni zamanda, onun “söykəndiyi” Almatı Bəyannaməsində də Qazaxın 7, Naxçıvanın 1 kəndi Azərbaycan ərazisi kimi göstərilir.

Politoloq Zərdüşt Əlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, rəsmi Bakının mövqeyi konkretdir və Azərbaycan tələb edir ki, Azərbaycana məxsus kəndlər boşaldılsın və geri qaytarılsın.

Analitikin sözlərinə görə, ən yaxşı halda 8 kəndin qaytarılması ilə bağlı ərazi mübadiləsi məsələsi gündəmə gəldi:

"8 kəndin və ermənilərin bəhs etdiyi bir kəndin ərazisi ilə bağlı delimitasiya və demarkasiya komissiyası müzakirələrə başlamalıdır. İndi bəlkə də həmin kəndlərdə adam yaşamır. Ola bilər ki, kəndlər Ermənistanda saxlanılsın və onun əvəzində bizə eyni ölçüdə başqa ərazilər versinlər. Bu da güzəştin formasıdır. Ermənistan bunu qəbul edəcək-etməyəcək, öz işidir, amma zilə qalxmaq lazım deyil”.

Zərdüşt Əlizadə:Əvvəl-axır Paşinyanın sözü ilə əməlinin üst-üstə düşdüyü gün olacaq

Müsahibimiz qeyd edib ki, dinc şəraitdə delimitasiya komissiyası problemin müzakirəsini aparmalıdır. Onun sözlərinə görə, dövlət rəhbərləri, nazirlər səviyyəsində danışıqlar da mümkündür:

“Paşinyanın dedikləri Quran ayəsi deyil ki?! Bir sözdür, deyib. Düzdür, əvvəl kəndlərin qaytarılacağını söyləmişdi. Görünür, Fransanın dəstəyindən arxayınlayaraq bu formada açıqlama verib. Baş nazir gündə bir söz deyə bilər. Əvvəl-axır Paşinyanın sözü ilə əməlinin üst-üstə düşdüyü gün olacaq, o zaman anlaşmanın əldə olunması mümkündür".

Z.Əlizadə bildirib ki, əvvəlcə çərçivə sülh sazişi imzalanmalı, prinsiplər müəyyənləşməli, sonra sərhəd məsələlərinin müzakirəsi aparılmalıdır.

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyun 2024