• Bakı 24° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

“Qəbələ” daha bir futbolçunu heyətinə qatdı

İDMAN

26 Iyun 2024 | 19:50

“Qəbələ” daha bir futbolçunu heyətinə qatdı

Növbəti mövsüm I Liqada mübarizə aparacaq “Qəbələ” daha bir futbolçunu heyətinə qatıb.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, “qırmızı-qaralar” akademiyanın yetirməsi olan Müşfiq Nadirovu transfer edib.

İyirmi iki yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb. M.Nadirov 2023-2024-cü illər mövsümündə “Zaqatala”da çıxış edib. O, karyerası ərzində “Qəbələ-2” və “Kəpəz”in də uğurları üçün çalışıb. Qapıçı Azərbaycanın U-16 və U-20 yığmalarına da cəlb olunub.


SON XƏBƏRLƏR

29 Iyun 2024