• Bakı 19° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

125 nömrəli avtobusun hərəkət sxemi dəyişir?

CƏMİYYƏT

01 Iyun 2023 | 09:52

125 nömrəli avtobusun hərəkət sxemi dəyişir?

125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcəyi gözlənilir.

Bakıvaxtı.az-ın məlumata görə, bu marşrutun hərəkət istiqamətinin Ələt qəsəbəsinədək uzadılacağı ehtimal olunur.

Deyilənlərlə bağlı Bakıvaxtı.az Bakı Nəqliyyat Agentliyinə sorğu göndərib. Qurumdan bu barədə heç bir məlumat olmadığı bildirilib.

Qeyd edək ki, 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar metronun 28 May stansiyasından Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə yeni mənzillərin verildiyi yaşayış binasınadək hərəkət edirlər.

Aytac Aslan


SON XƏBƏRLƏR

08 May 2025