• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

16 yaşından kiçiklərə sosial şəbəkə qadağan edilə bilər

CƏMİYYƏT

23 Fevral 2024 | 17:30

16 yaşından kiçiklərə sosial şəbəkə qadağan edilə bilər

ABŞ-ın Florida ştatında uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilə bilər.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Florida ştatının qanunvericiləri ştatın 16 yaşından kiçik sakinlərinə hər hansı sosial şəbəkələrdə qeydiyyatdan keçməyi qadağan edən qanun layihəsi təqdim ediblər.

Təşəbbüs müəlliflərinin fikrincə, bu, uşaqların psixi sağlamlığını internet asılılığından və digər təhlükələrdən, o cümlədən onlayn zorakılıq, təqib və intihara meyldən qorumaq üçün nəzərdə tutulub.

Qanun layihəsi ştatın Senatı tərəfindən təsdiqlənərək Florida Nümayəndələr Palatasına qaytarılıb və orada böyük dəstək alıb. Belə ki, onun lehinə 107, əleyhinə isə cəmi 7 səs verilib.Hazırda qətnamə Florida qubernatoru Ron DeSantis tərəfindən təsdiqlənməlidir.

Xatırladaq ki, qubernator bundan əvvəl də bu cür təşəbbüsləri dəstəklədiyini bildirib, eyni zamanda qeyd edib ki, valideynlər övladlarının onlayn platformalardan istifadəsinə icazə vermək hüququnu özündə saxlamalıdırlar.

Sözügedən qanun layihəsi təsdiqlənərsə, sosial media şirkətləri Florida yeniyetmələrinin mövcud hesablarını bloklamalı və onlara 16 yaşlarına qədər yeni hesablar yaratmağı qadağan etməli olacaqlar.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024