• Bakı 27° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ermənistandan qovulmuş türklərin ora qayıtması vacib hədəflərdən olmalıdır

SİYASƏT

29 Dekabr 2022 | 10:40

Ermənistandan qovulmuş türklərin ora qayıtması vacib hədəflərdən olmalıdır

“Son 35 ildə (hələ mən daha əvvəli demirəm) Ermənistan ərazisindən zorla qovulmuş türklərin indiki Ermənistan ərazisinə, öz tarixi yaşam məkanlarına qayıtması vacib hədəflərdən biri olmalıdır. Bu, həm də Azərbaycan ərazisində, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların gələcək təhlükəsizliyi üçün də vacib faktor ola bilər”.

Bunu Bakıvaxtı.az-a açıqlaqmasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, Ermənistanla bağlanacaq sülh müqaviləsində bu ölkədən zorla qovulmuş türklərin qayıtmaq və öz tarixi yaşam məkanlarına yerləşmək hüququ mütləq qeyd edilməlidir:

“Paralel olaraq müqavilədə yazılmalıdır ki, Azərbaycan ərazisində yaşayan erməni əsilli azərbaycanlılara hansı hüquqlar, təhlükəsizlik təminatı veriləcəksə, eyni haqlar Ermənistana qayıtmaq istəyən türklərə də veriləcək - yəni, burada “güzgü prinsipi” ilə müqavilələr imzalanmalıdır. Məntiqlə, buna Ermənistan da razı olmalıdır, əgər Azərbaycan ərazisində yaşayan soydaşlarının gələcəyini düşünürlərsə, eyni hüquqların öz ərazilərinə qayıdacaq türklərə də verilməsinə razı olmalıdırlar. Əgər hər iki ölkənin ərazisində yaşayan sayca böyük etnik azlıqlar olacaqsa, bu, qarşılıqlı şəkildə təhlükəsizliyin zəmanəti də ola bilər”.

O ki qaldı gələcəyə, N.Cəfərli qeyd edib ki, Azərbaycan əhalisi yaxın 30-50 ildə demokrafik olaraq Cənubi Qafqazın dominant toplumu olacaq.

"Əgər kimsə sual verəcəksə ki, bəs erməni əsilli azərbaycanlılar Bakıya, Sumqayıta, Gəncəyə və s., qayıtmaq istəsələr nə olacaq – deyim, gəlmək istəyənlər gəlsinlər, amma bir məsələ də var: Azərbaycanın şəhər və rayonlarından köçən erməni əsilli azərbaycanlıların bir çoxu Avropaya, ABŞ-a, Rusiyaya köçüblər, onların bölgəyə geri qayıtması çətin məsələdir, amma Ermənistandan son 35 ildə qovulan 250 minə yaxın türklərin böyük əksəriyyəti elə burada, Azərbaycan ərazisində, Cənubi Qafqazda yerləşiblər...”, - deyə Natiq Cəfərli əlavə edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026