• Bakı 9° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

17 yaşlı gənc tanışını bıçaqladı

HADİSƏ

09 Sentyabr 2022 | 09:51

17 yaşlı gənc tanışını bıçaqladı

Sumqayıt şəhərində 17 yaşlı gənc tanışını bıçaqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Mikayılov Emin İlham oğlu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla tanışı, 1998-ci il təvəllüdlü Nəcəfov Asif Mehman oğluna bir dəfə zərbə endirərək onun döş qəfəsinə xəsarət yetirib.

E.Mikayılov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026