• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ağdamda yolun inşası zamanı mina partlayıb - xəsarət alanlar + YENİLƏNİB

HADİSƏ

08 Oktyabr 2022 | 20:08 | Müəllif: Subhan Mahmudov

Ağdamda yolun inşası zamanı mina partlayıb - xəsarət alanlar + YENİLƏNİB

Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı zamanı daha bir nəfər zərər çəkib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən bildirilib. 

Məlumata əsasən hadisə zamanı həmçinin 1983-cü il təvəllüdlü Qəbələ rayon sakini Abdulxalıqov Səxavət Ələddin oğlu sağ əlindən yüngül xəsarət alıb.

Qeyd edək ki, hadisə zamanı həmçinin Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Ramin Əmir oğlu və Ağstafa rayon sakini, 1986-cı il təvəllüdlü Nəcəfov Pərviz Sozalı oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

 

 

***18:27

Ağdam-Füzuli avtomobil yolunun inşası zamanı baş verən mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, hadisə Ağdamın Yusifcanlı kəndində baş verib.

Minaya düşən şəxslər yol tikintisi işlərini həyata keçirən şirkətin əməkdaşlarıdır.

Yaralılar Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib və əməliyyat olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026