• Bakı 19° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

“20 Yanvar”da özünü qəsdən maşınların altına atır - VİDEO

CƏMİYYƏT

30 Aprel 2025 | 10:20

“20 Yanvar”da özünü qəsdən maşınların altına atır - VİDEO

Bakının Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya görüntüləri həmin hadisə haqda məlumat verən vətəndaş təqdim edib.

Bildirilib ki, 30-35 yaşlı şəxs əsasən səhər saatlarında yolun hərəkət hissəsində təhlükəli vəziyyət yaradır və maşınların qarşısına çıxaraq xəsarət almış kimi görüntü yaradır. Onun avtomobil sahiblərindən müəyyən qədər pul alaraq məsələni “həll etdiyi” qeyd edilir.

Aprelin 27-də qeydə alınmış görüntülərdən də məlum olur ki, şəxsiyyəti məlum olmayan piyada hərəkətlərinə israrla davam edir və yaxınlıqda olan vətəndaşlar onu dartaraq yolun hərəkət hissəsindən kənarlaşdırırlar.

Sözügedən görüntüləri təqdim edirik:


SON XƏBƏRLƏR

19 May 2025