• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

2022-ci ilin ən bahalı şəhərləri - SİYAHI

CƏMİYYƏT

01 Dekabr 2022 | 16:28

2022-ci ilin ən bahalı şəhərləri - SİYAHI

Economist Intelligence Unit-in (EIU) illik sorğusuna görə, enerji qiymətlərinin artması qlobal şəhərlərdə inflyasiyanın sürətini iki dəfə artırdığı üçün Nyu-York 2022-ci ildə Sinqapurla eyni adı paylaşaraq dünyanın ən bahalı metropolisi olub.

Bakıvaxtı.az xəbər verir ki, EIU-nun “Worldwide Cost of Living” hesabatına əsasən, ötənilki lider Təl-Əviv ikinci yerə düşüb, Sidney isə ilk 10-luğa daxil olub.

Üçüncü yerdə Honq-Konqun paytaxtı Honq-Konq qərarlaşıb.

Dördüncü yerdə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhəri qərarlaşıb.

Siyahıda beşinci yeri İsveçrənin Sürix şəhəri tutub.

Altıncı yerdə İsveçrənin Cenevrə şəhəri qərarlaşıb.

ABŞ-ın Kaliforniya ştatı San Fransisko şəhəri yeddinci yerdədir.

Fransanın paytaxtı Paris səkkizinci yerdədir.

Doqquzuncu yeri Danimarkanın paytaxtı Kopenhagen tutub.

Avstraliyanın Sidney şəhəri onuncu yerdədir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026