• Bakı 8° C

    10.2 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

28 yanvar tarixi ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

CƏMİYYƏT

27 Yanvar 2025 | 23:12 | Müəllif: Subhan Mahmudov

28 yanvar tarixi ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

Yanvarın 27-28-də Yerdə orta və güclü səviyyədə maqnit aktivliyi müşahidə ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssislərin açıqlamalarına əsasən, maqnit qasırğaları insanların sağlamlığına müxtəlif təsirlər göstərə bilər. Xüsusilə ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən şəxslərin ehtiyatlı olmaları tövsiyə olunur.

Bu dövrdə baş ağrıları, yuxusuzluq, yorğunluq və əhval dəyişikliklərinin daha çox müşahidə ediləcəyi gözlənilir. Həkimlər bu təsirləri azaltmaq üçün gün ərzində bol maye qəbul etməyi, sağlam qidalanma rejiminə əməl etməyi və kifayət qədər istirahət etməyi məsləhət görürlər.

Xüsusilə risk qrupuna daxil olan şəxslərin fiziki və emosional yüklənmədən çəkinmələri tövsiyə olunur. Yuxu rejimini nizamlamaq və stressdən uzaq durmaq maqnit qasırğalarının təsirini minimuma endirə bilər.

Qeyd edək ki, bu cür maqnit aktivlikləri Yerdə təbii bir proses olub, müəyyən dövrlərdə təkrarlanır. Sağlamlıq problemlərindən qaçmaq üçün profilaktik tədbirlər görmək mühüm əhəmiyyət daşıyır. (Musavat.com)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026