• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

29 milyon avroluq dondurulmuş heyvan aşkarlandı

DÜNYA

11 Aprel 2022 | 09:39 | Müəllif: Qalib İbrahimoğlu

29 milyon avroluq dondurulmuş heyvan aşkarlandı

İspaniyanın Valensiya şəhərinin Betera qəsəbəsində Mülki Qvardiya tərəfindən həyata keçirilən əməliyyatda iki ayrı anbarda 190 dondurulmuş heyvan ələ keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu heyvanlardan 405-i qorunan növlərə aiddir. Səlahiyyətlilər iş adamına məxsus olduğu deyilən kolleksiyasını 29 milyon avro civarında dəyərləndiriblər. Ələ keçirilən heyvanlar arasında nəsli kəsilmiş əyri buynuzlu Oriks, Addaks və Benqal pələnginin olduğu bildirilib.

Müsadirə edilən digər dondurulmuş heyvanlar arasında çita, bəbir, şir, vaşaq, qütb ayısı, qar bəbiri, ağ kərgədan, həmçinin 198 ədəd fil sümüyü var.

İspaniya Mülki Qvardiyası əməliyyat nəticəsində iki nəfərin həbs edildiyini, qaçaqmalçılıq və canlı təbiətin qorunmasına qarşı cinayət törətməkdə şübhəli bilinərək onlara qarşı istintaq başladıldığını bildirib.

Aytac Aslan


29 milyon avroluq dondurulmuş heyvan aşkarlandı29 milyon avroluq dondurulmuş heyvan aşkarlandı29 milyon avroluq dondurulmuş heyvan aşkarlandı29 milyon avroluq dondurulmuş heyvan aşkarlandı29 milyon avroluq dondurulmuş heyvan aşkarlandı29 milyon avroluq dondurulmuş heyvan aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026