“Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts koronavirusa yoluxub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "Twitter" hesabında yazıb.
"COVID-19 üçün testim müsbət oldu. Yüngül əlamətlər hiss edirəm və mütəxəssislərin məsləhəti ilə sağalana qədər özümü təcrid edirəm", - deyə Bill Qeyts qeyd edib.
O, tpeyvənd olunduğunu və hətta buster dozanı aldığını da bildirib.
Ramid İbrahimov

















