• Bakı 12° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

30 yaşında futbolla vidalaşdı

İDMAN

14 Noyabr 2023 | 00:15

30 yaşında futbolla vidalaşdı

Azərbaycanlı futbolçu Vüqar Bəybalayev peşəkar karyerasını başa vurub.

Bakıvaxtı.az  xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Bəlkə də, bu günlərdə həyatımın ən çətin, bir o qədər də vacib qərarlarından birini verməli oldum. Ancaq öz-özümə “artıq vaxtıdır” - deyib belə bir qərar aldım. Bildirmək istəyirəm ki, bu gündən etibarən 6 yaşımdan başladığım və ömrümün 24 ilini həsr etdiyim peşəkar futbolçu karyeramı bitirirəm!”, - paylaşımda qeyd edib.

Qeyd edək ki, Vüqar Bəybalayev “Bakı”nın yetirməsidir. O, karyerası ərzində “Turan Tovuz”, “Rəvan”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Səbail”, “Televi” (Gürcüstan) və “Sumqayıt”da çıxış edib. Vüqar Bəybalayev son olaraq I Liqa təmsilçisi “İrəvan”da oynayıb. Futbolçu “İrəvan” klubunda problemlərlə üzləşmişdi. O, klubla müqavilə bağlasa da, maaşı ödənmədiyi üçün meydana çıxmaqdan imtina etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026